Bakı-Sumqayıt sürət qatarının hərəkət qrafiki YENİLƏNDİ 

Hazırda oxunan: Bakı-Sumqayıt sürət qatarının hərəkət qrafiki YENİLƏNDİ 

144012

İyulun 3-dən etibarən "Azərbaycan Dəmir Yolları" (ADY) QSC Abşeron dairəvi dəmir yolu xətti üzrə sərnişin tələbatının qarşılanması məqsədilə Bakı-Sabunçu-Bakı marşrutu üzrə əlavə qatar reysi təyin edir. 

Bizim.Media QSC-yə istinadən xəbər verir ki, Bakıdan saat 08:25-də yola düşəcək qatar Sabunçu stansiyasına saat 08:42-də, əks istiqamətdə saat 08:52-də yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 09:07-də çatacaq. 

Eyni zamanda, iyulun 3-dən etibarən Ağstafadan Bakıya yola düşən qatarın paytaxta saat 23:15-də çatmasını nəzərə alaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində saat 22:45-də yola düşən sonuncu sərnişin qatarının hərəkət qrafikində dəyişiklik edilib. Belə ki, 3 iyul tarixindən etibarən müvafiq istiqamət üzrə qatar yenilənmiş cədvələ əsasən saat 23:45-də yola düşəcək. 
Bununla yanaşı, həftə içi Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə saat 13:30-da, Sumqayıt-Pirşağı-Bakı istiqamətində isə saat 14:30-da hərəkətdə olan reyslər həftəsonları və qeyri-iş günlərində də eyni saatlarda hərəkətdə olacaqlar. 

Qeyd edilən dəyişikliklərlə əlaqədar Bakı-Sumqayıt-Bakı sürətli qatarlarının hərəkət qrafiki yenilənib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin