12 il həbsə məhkum olunmuş Vilyam Hacıyev Ali Məhkəməyə ŞİKAYƏT ETDİ

Hazırda oxunan: 12 il həbsə məhkum olunmuş Vilyam Hacıyev Ali Məhkəməyə ŞİKAYƏT ETDİ

143997

İmişlinin məhkum edilmiş sabiq icra başçısı Vilyam Hacıyev kassasiya şikayəti verib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Vilyam Hacıyev ittihamlarla razılaşmadığından yüksək instansiya məhkəməsindən bəraət qərarı çıxarılmasını xahiş edir. 

İş Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. 

Qeyd edək ki, bundan əvvəl V.Hacıyevin ailə üzvləri müsadirə edilmiş əmlaklarla bağlı Ali Məhkəməyə müraciət edib. Məhkəmə müsadirə qərarını qanunauyğun hesab edərək qüvvvədə saxlayıb. 

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma və vəzifə saxtakarlığında təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. 

Hökmə əsasən, onun yaxınlarının adına rəsmiləşdirilmiş 5 milyon manat dəyərində əmlak da müsadirə edilib. 

Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirilmədən qüvvədə saxlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin