Daşkəsəndə leysan hansı fəsadlara səbəb OLUB? - Rəsmi AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Daşkəsəndə leysan hansı fəsadlara səbəb OLUB? - Rəsmi AÇIQLAMA - VİDEO

143956

Daşkəsən rayonuna yağan intensiv leysan yağışlar ciddi fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosuna rayon icra hakimiyyətindən verilən məlumata görə, qısa müddətdə çaylarda suyun səviyyəsinin artması daşqınlara səbəb olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Lahıcda güclü SEL: Rayonla əlaqə kəsildi - VİDEO


Rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçib, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.

İcra Hakimiyyətinin şöbə müdiri Elmar Əliyevin sözlərinə görə, rayonun yol infrastrukturu, elektrik xətləri, fərdi yaşayış evləri, əkin sahələri, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib:

"Güclü leysan yağışlar nəticəsində dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub. Ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır" deyə E. Əliyev əlavə edib.
 


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin