Azərbaycanda sarı qarpız satılır- VİDEO

Hazırda oxunan: Azərbaycanda sarı qarpız satılır- VİDEO

143939
Azərbaycanda sarı qarpız yetişdirilir. Geni dəyişdirilmiş yox, təbii məhsuldur.

İlk baxışdan adi qarpızdan heç nəyi ilə fərqlənməyən qarpızın rəngi sarıdır.

Moderator.az xezerxeber.com-a istinadən bildirir ki,  "sarpız" adı ilə məşhurlaşan bu bostan bitkisi Bakıda 2 gündür bazara çıxarılır və artıq 800 kq-dan çox satılıb.

Satıcının sözlərinə görə, bu bitki min bir dərdin dərmanıdır.

Qarpızı ilk dəfə görənlər onun geninin dəyişdirildiyini düşünürlər. Dadına baxdıqdan sonra isə fikirlərindən daşınırlar.

Sarı qarpızın qiyməti də digərindən fərlənir, bir qədər bahadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin