Telman İsmayılov qaçırdığı erməniyə görə yenə məhkəmə qarşısında

Hazırda oxunan: Telman İsmayılov qaçırdığı erməniyə görə yenə məhkəmə qarşısında

14391

İş adamı Telman İsmayılov yenidən məhkəmə qarşısına çıxacaq.

Bizim.Media kommersant.ru nəşrinə istinadən xəbər verir ki, milyonçu erməni əsilli rusiyalı müğənni Abraam Russonun qaçırılmasında günahlandırılır.

Belə ki, iddialara görə, 2004- cü il 31 yanvarda müğənni aldadılaraq, İsmayılovun sahibi olduğu Moskva şəhərinin mərkəzində yerləşən “Praqa” restoranına gətirilib.

Daha sonra o, işadamının bacısı oğlu Zaur Mərdanov, cangüdəni və sürücüsü tərəfindən möhkəm döyülərək, İsmayılovun bağ evinə aparılıb.

Buna səbəb müğənninin vaxtikən onu böyük səhnəyə çıxaran milyonçudan üz döndərməsi olub. Abraam prodüser İosif Priqojinlə işbirlyi quraraq Telman İsmayılovdan imtina edib. Bundan narazı qalan işadamı ifaçını Priqojinlə bağladığı müqaviləni ləğv edib, onunla yeni sazişə imza atmağa məcbur edib.

 

Daha sonra Russo buna razılaşaraq fevralın 1-də biznesmenin icazəsi ilə onun bağ evini tərk edib. T.İsmayılov evini tərk edən Russoya kompensasiya olaraq ona bir neçə min ABŞ dolları da verib.


Lakin hadisədən 15 il keçdikdən sonra Russo məhkəməyə müraciət edərək, işadamına qarşı iddia qaldırıb. 

Məhkəmə 2020-ci ilin yay ayında keçirələcəyi planlaşdırılsa da, əsas şahidin -biznesmenin bacısı oğlunun ölkədə olmadığı üçün təxirə salınıb. Çünki, müalicə üçün Fransaya üz tutan Z.Mərdanov pandemiya səbəbi ilə Rusiayaya qayıda bilməyib.

Martın 23-ə təyin olunan məhkəmədə də Z.Mərdanov iclasa Parisdən videokonfransla qoşulacaq.

Abraam Russo isə məhkəmədə iştirak etmək üçün bir neçə il yaşadığı ABŞ-dan xüsusi olaraq Moskvaya gələcək.

Qeyd edək ki, hazırda Telman İsmayılov beynəlxalq axtarışdadır. O həm də 2016-cı ilin mayında Moskva vilayətində törədilən iki nəfər biznesmenin qətlində günahlandırılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin