Beş ölkə Ermənistana qarşı birləşdi - LAVAŞ İDDİASI

Hazırda oxunan: Beş ölkə Ermənistana qarşı birləşdi - LAVAŞ İDDİASI

143833
Ermənistanın lavaşı “Ermənistanda lavaş”x9d adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.

Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, UNESCO-ya təqdim edib.

UNESCO-nun beş ölkənin hazırladığı “İncə Çörək Bişirmə və Paylaşma Mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka”x9d adlı sənədlə əlaqədar qərar verəcəyi tarix də məlum olub. UNESCO 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyada keçiriləcək Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Toplantısında məsələni müzakirəyə çıxararaq yekun qərar verəcək.

Qeyd edək ki, bu, Ermənistanın lavaşla bağlı təşəbbüsünə ilk etiraz deyil. Ermənistan ilk dəfə UNESCO-ya lavaşın “Ermənistan çörəyi lavaş”x9d adı altında Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını “Ermənistanda lavaş”x9d olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanır.(apa)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin