Dağlıq Qarabağdakı rus sülhməramlıları Kəlbəcərə 130 ton humanitar yükün çatdırılmasına kömək edib.
Bizim.Media Rusiya Müdafiə Nazirliyinin saytına istinadla məlumat verir ki, sosial obyektlər və yaşayış binalarında enerji, su təchizatı sistemlərinin bərpası üçün 20 hərbi yük maşını və onları müşayiət edən nəqliyyat vasitələrindən ibarət Rusiya Humanitar Reaksiya Mərkəzinin altıncı kolonu Kəlbəcər bölgəsinə 130 tondan çox yük çatdırıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya və Ermənistan müdafiə nazirlərindən sülhməramlılarla bağlı müzakirə
Məlumatda bildirilib ki, ötən il 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli müqavilənin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.
Bizim.Media