“Lavrov planı”x9dnın qəbulu müstəqilliyin itirilməsi deməkdir”x9d

Hazırda oxunan: “Lavrov planı”x9dnın qəbulu müstəqilliyin itirilməsi deməkdir”x9d

143703

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Moderator.az- a açıqlamasında Qarabağ probleminin həlli ilə bağlı Rusiya planını şərh edib. “Lavrov planı”x9d kimi də xarakterizə edilən planın ölkəmizin maraqlarına cavab vermədiyini bildirən ekspert, bunun Azərbaycan üçün ciddi fəsadlara səbəb ola biləcəyini qeyd edib:

“Lavrov planı”x9dnın qəbulu Azərbaycanın müstəqilliyinin itirilməsi, onun Ermənistanın vəziyyətinə salınması deməkdir. Bu plana əsasən işğal edilmiş rayonların 5-i Azərbaycana qaytarılır, bundan sonra münaqişə ərazisinə sülhməramlı qüvvələr daxil olur.

Rusiya aralıq sazişə nail olmaq istəyir. Məqsəd 5 rayonun Azərbaycana qaytarılması müqabilində sülhməramlı qüvvələrin təmas xəttinə yeridilməsidir. Buna isə həm Ermənistan, həm də Azərbaycanın razı olması problemli görünür. Xüsusilə də Azərbaycanın bununla razılaşması inandırıcı deyil. Çünki Azərbaycan buna razı olacağı halda nəinki Dağlıq Qarabağ və iki rayonu ”“ Kəlbəcər və Laçını, eyni zamanda öz müstəqilliyini və suverenliyini də itirmiş olacaq. Yəni Azərbaycan Ermənistanın gününə düşəcək. Necə ki, bu gün Ermənistanın müstəqilliyi lağ obyektidir, Azərbaycan da belə bir mənzərə ilə üzləşəcək. Bu razılaşmaya imza atacağı təqdirdə Azərbaycan da Avrasiya və Gömrük İttifaqına daxil olmalı, sərhədlərində rus qoşunları dayanmalı, hava məkanı Rusiya tərəfindən qorunmalıdır. Eyni zamanda, Azərbaycanın geoekonomik nailiyyətlər, enerji, nəqliyyat, ticarət yolları da Rusiyanın nəzarətinə keçəcək. Strateji əhəmiyyətli iqtisadiyyatına da Rusiya nəzarət edəcək. Bu isə müstəqilliyin, suverenliyin itirilməsi deməkdir”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin