İyunun 28-si, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə 19 yaşlı gənc 35 yaşlı kişini qətlə yetirdi - TƏFƏRRÜAT
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bizim.Media