"Əksər məscidlərdə bayram mamazı saat 9-10 arası qılınır. Yalnız Əjdərbəy məscididir ki, orada bayram namazı saat 8 üçün qılınır".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
"Bu da ondan irəli gəlir ki, orada sünni-şiə camaatı vəhdətdədir. Onların bir qismi namazı qılıb gedir, daha sonra digərləri gəlir", - sədr müavini əlavə edib.
Fuad Nurullayev rayon və şəhərlərdə namaz vaxtının məscid rəhbərləri tərəfindən təyin olunmasını tövsiyə edib.
"Bayram günü insanlar qurban kəsimindən sonra da namaz qıla bilər. Qurban günü heyvanın kəsilməsi dinimizdə yalnız Məkkədə olan insanların üzərində, bir növ, öhdəlikdir".
Sədr müavini qurban kəsiminin 3 gün ola biləcəyini əlavə edib.
"Bizdə dövlət səviyyəsində bayram iki günlük olsa da, İslam dinində qurban bayramı üç gündür. Heyvan kəsimi də üç gün ərzində həyata keçirilə bilər.
Maddi vəziyyəti normal olan, ailəsini dolandıra bilən şəxslərin qurban kəsməsi məqsədəuyğundur. Bayramda heyvan kəsimi əvəzinə, pul paylamaq və yaxud da o pula ərzaq alaraq kimlərəsə vermək olmaz".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:57 / 28.06.2023
QMİ sədrinin müavini: "Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə..."
Hazırda oxunan: QMİ sədrinin müavini: "Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə..."
Hazırda oxunan: QMİ sədrinin müavini: "Bir neçə dəfə Həcc ziyarətinə getməkdənsə..."
143647
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.