Abşeron, Binəqədi və Xəzər rayonlarında qaz olmayacaq

Hazırda oxunan: Abşeron, Binəqədi və Xəzər rayonlarında qaz olmayacaq

143569
Abşeron, Binəqədi və Xəzər rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz”x9d İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən xa0verilən məlumata görə, iyulun 8-də saat 09.00-dan Abşeron rayonunun Xırdalan şəhərinin, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonu Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Məhdudiyyətlər qaz kəmərində aşkar olunmuş sızmanın ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək işlərlə əlaqədar olacaq.
Görülən işlər Sabunçu rayonunun Maştağa qəsəbəsinin və Savalan yaşayış massivinin qaz təchizatına da təsir göstərəcək. Məhdudiyyət işlər yekunlaşanadək davam edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin