Azərbaycanda yüksəkvəzifəli şəxs hoteldə ÖLDÜ 

Hazırda oxunan: Azərbaycanda yüksəkvəzifəli şəxs hoteldə ÖLDÜ 

143505

Oğuzda oteldə ölüm hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz şəhərində yerləşən otellərdən birində qonaq olan 57 yaşlı Sübhan Quliyev orada vəfat edib.

Belə ki, S. Quliyev dünən Oğuzda dostunun qızının toyunda iştirak edib və gecələmək üçün otelə gedib.

Oteldə özünü pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edib. Tibbi yardım göstərildikdən sonra S. Quliyev otağında yuxuya gedib. 

Bu gün səhər onun dünyasını dəyişdiyi məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə Sübhan Quliyev qan təzyiqindən əziyyət çəkirmiş. O, əvvələr xüsusi xidmət orqanlarında çalışıb. Əmək pensiyasına çıxdıqdan sonra  Dövlət Turizm Agentliyinin sədrinin müşaviri vəzifəsinə təyin edilib və həmin vəzifəni icra edirdi.

Faktla bağlı araşdırmalar aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin