Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatını aparılıb.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur.
Bildiririk ki, cari ilin iyun ayı ərzində Bakı şəhərində yerləşən aşağıda adları qeyd olunan 6 mehmanxanaya AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilmişdir.
1. “Karvan Palace”x9d mehmanxanası ”“ (4 ulduz);
2. “SunRise Hotel”x9d mehmanxanası ”“ ( 4 ulduz)
3. “Şah Hotel”x9d mehmanxanası - (3 ulduz);
4. “Nizami Street Hotel”x9d mehmanxanası ”“ (3 ulduz);
5. “East Legend Panorama”x9d mehmanxanası ”“ (3 ulduz);
6. “Şəms”x9d mehmanxanası ”“ (3 ulduz).
Qeyd edək ki, hal-hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin sayı 106-ya çatıb.(virtualaz.org)

































































































