Gəncə Şəhər İcra Hakimiyyətinin, Quru Qoşunların Komandanlığının və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Park-Xiyaban Kompleksində Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Müdafiə nazirinin müavini, Quru Qoşunlar komandanı general-leytenant Ənvər Əfəndiyev, Türkiyənin Gəncədəki vitse-konsulu, YAP Gəncə şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, hərbçilər və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Gəncə şəhər Şəhidlər Xiyabanını ziyarət edib, “Əbədi məşəl” abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Heydər Əliyev Park-Xiyaban Kompleksində, Zəfər Tağının önündə Silahlı Qüvvələrin arsenalına daxil olan hərbi texnikalar, zirehli maşınlar və müxtəlif silahlar olan sərgiyə, həmçinin burada qurulan səhra yeməkxanasına baxış keçiriblər.
Daha sonra rəsmilər Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə dərin ehtiram ifadə ediblər.
Tədbir parkın ərazisində yerləşən Amfiteatrda davam edib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
General-leytenant Ənvər Əfəndiyev çıxış edərək Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan bəsh edib. O bildirib ki, Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin bu istiqamətdə həyata keçirdiyi siyasəti nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı yaxşılaşdırılıb, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına və döyüş ruhunun yüksəldilməsinə diqqət artırılıb.
Qısa müddət ərzində Azərbaycan Ordusu böyük inkişaf yolu keçərək bölgənin ən güclü ordusuna çevrilib.
Ulu Öndər Heydər Əliyevin başladığı və Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi ordu qurulucuğu siyasəti nəticəsində ordumuz gündən-günə daha da möhkəmlənir, döyüş qabiliyyəti artırılır. Məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Rəşadətli Azərbaycan Ordusunun zirvəsini təşkil edir.
Niyazi Bayramov çıxışında bildirib ki, Rəşadətli Azərbaycan Ordusunu müasir və müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev formalaşdırıb.
Azərbaycanın zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi Ulu Öndərin hər zaman diqqət mərkəzində olub. Ümummilli Liderin layiqli varisi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbrəliyi ilə hazırda Azərbaycan silahlı qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. 44 günlük Vətən müharibəsi şanlı tarix, şanlı qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı.
Rəsmi hissədən sonra 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı başlayıb. Konsert proqramında GDU-nun nəzdində Gəncə Regional Kollecinin özfəaliyyət kollektivi tərəfindən milli və vətənpərvər ruhda mahnılar səsləndirilib, “Xəmsə” uşaq mahnı və rəqs ansamblının təqdimatında müxtəlif rəqslər nümayiş olunub.
Tədbirdə hərbçilərin nümunəvi çıxışları isə hər kəs tərəfindən böyük maraq və alqışla qarşılanıb.
Bayram konserti möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 26.06.2023
Gəncədə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib - FOTO
Hazırda oxunan: Gəncədə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib - FOTO
Hazırda oxunan: Gəncədə 26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib - FOTO
143422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.