Xaçmazın Mirzəmətkənd kəndində 28 yaşlı gənc oğlan özünə qəsd edib.
Bizim.Media xəbər verir ki, ailə üzvləri Dövlət Bəylər oğlu Xankişiyevin meyitini yaşadığı evin həyətində meyvə ağacından asılmış görüblər.
İntiharın səbəbi məlum deyil.
Faktı Xaçmaz rayon prokurorluğu araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu