Pənah Hüseyn özünü qorumadığı üçün koronavirusa yoluxub

Hazırda oxunan: Pənah Hüseyn özünü qorumadığı üçün koronavirusa yoluxub

14328

Xəbər verildiyi kimi, bir müddət əvvəl peyvənd olunmuş Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn koronavirusa yoluxub. Vaksinasiya olunmuş partiya sədrinin virusa yoluxması sosial mediada müzakirə mövzusuna çevrilib.

Səhiyyə Nazirliyi partiya sədrinin peyvənddən sonra koronavirusa yoluxması ilə bağlı münasibət bildirib.

Açıqlamada qeyd olunur ki, vaksinasiya prosesinə start verildikdən sonra nazirlik peyvənd olunmuş şəxslərin özünü qoruması barədə dəfələrlə xəbərdarlıq edib:

“Hər kəs bilməlidir ki, vaksin vurulan kimi insanı qorumur. Çünki bu, ümumi vaksinasiya prinsipidir. Vaksinasiyadan bir müddət sonra orqanizmə yeridilmiş preparata qarşı anticisimlər, qoruyucu maddələr əmələ gəlməyə başlayır. Ona görə peyvənd tətbiqindən sonra da özümüzü qorumağa davam etməliyik”, deyə məlumatda deyilir.

Məsələ ilə bağlı Azərbaycan Xalq Partiyasınım sədri Pənah Hüseynlə əlaqə yaratdıq. Partiya sədri Bizim.Media-ya açıqlamasında virusa yoluxması xəbərini təsdiqləsə də, vəziyyəti barədə danışmaq istəməyib:

“Bəli koronavirusa yoluxmuşam, başqa məlumat yoxdur”, deyə Pənah Hüseyn əlavə edib. 
Qeyd edək ki, Partiya sədrinin peyvəndləmə prosesi fevralın 23-də M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında gerçəkləşib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin