Azərbaycanda təqaüd alan şəxslərin sayı 2020-ci ilin əvvəli ilə müqayisədə 2022-ci ilin sonunda 30 faiz artıb.
Hesablama Palatasından Bizim.Media-ya bildirilib ki, təqaüd alan şəxslərin say göstəricilərinin artmasına bir sıra amillər təsir göstərib.
Həm say göstəricisinin, həm də təqaüd məbləğlərinin artımı müvafiq istiqamət üzrə xərc edilmiş vəsaitin də həcminin artımını təmin edib. Belə ki, 2020-ci illə müqayisədə 2022-ci ildə istiqamət üzrə xərc edilmiş vəsaitin həcmi 66,7 faiz artıb. Başqa sözlə, təqaüdlər üzrə orta hesabla bir nəfərə düşən aylıq məbləğ 2020-ci ildə 94,0 manat, 2022-ci ildə isə 118,8 manat təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə əlaqədar olaraq təqaüdlə təmin olunmuş müharibə veteranlarının sayı 91,5 min nəfərdən 178,4 min nəfərə, şəhid ailələrinin sayı isə 13,5 min nəfərdən 18,2 min nəfərədək artıb. 181 şəxsə isə Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təyin edilib.
Həmçinin əmək pensiyaları sahəsi üzrə qanunvericilikdə aparılmış müvafiq dəyişikliklərə görə bəzi kateqoriya imtiyazlı şəxslərə hesablanan əmək pensiyalarının sığorta hissəsinə əlavələrin ləğv edilməsi ilə əlaqədar olaraq yeni təqaüd növləri təsis edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:10 / 25.06.2023
Azərbaycanda təqaüd alanların sayı 30 faiz artıb
Hazırda oxunan: Azərbaycanda təqaüd alanların sayı 30 faiz artıb
Hazırda oxunan: Azərbaycanda təqaüd alanların sayı 30 faiz artıb
143271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.