Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Dəniz Xüsusi Təyinatlılarının strukturunda dəyişiklik edilib və Türkiyə modelinə uyğunlaşdırılıb.
Bizim.Media xəbər verir ki, bunu Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov bildirib.
Onun sözlərinə görə, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunda Türkiyə modelinin nümunə götürülməsi istiqamətində tapşırığı üzrə Hərbi Dəniz Qüvvələrində də bir çox işlər görülüb:
"Vətən müharibəsində Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlılarının göstərdiyi şücaət və qəhrəmanlığı bu hərbi hissənin vacibliyini bir daha isbat etdi və müdafiə nazirinin müvafiq sərəncamına əsasən hərbi hissənin təşkilati-ştat strukturunda bu günün tələblərinə müvafiq əsaslı dəyişikliklər edildi".
Vitse-admiral deyib ki, şəxsi heyət müttəfiq və tərəfdaş ölkələr tərəfindən təşkil olunan müxtəlif ixtisas kurslarında, təlimlərdə daim iştirak edirlər:
"Bu gün hərbi dənizçilərimiz öz bilik və bacarıqlarını nəinki yerli təlimlərdə, həmçinin beynəlxalq təlim və tədbirlərdə sərgiləməklə yanaşı, yüksək peşəkarlıqla icra edirlər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:13 / 25.06.2023
Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu Türkiyə modelinə uyğunlaşdırılıb
Hazırda oxunan: Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu Türkiyə modelinə uyğunlaşdırılıb
Hazırda oxunan: Azərbaycanın Dəniz Xüsusi Təyinatlılarının strukturu Türkiyə modelinə uyğunlaşdırılıb
143217
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.