Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) qarşıdan gələn Qurban bayramı münasibətilə hərəkət iştirakçılarını təbrik edərək bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Bu barədə Bizim.Media-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
“Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.
Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı, sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir”, - məlumatda qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:42 / 25.06.2023
DYP Qurban bayramı ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ
Hazırda oxunan: DYP Qurban bayramı ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ
Hazırda oxunan: DYP Qurban bayramı ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ
143213
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.