Gəncənin Z.Məmmədov adına xəstəxanasının bütün korpusları təmir olunacaq

Hazırda oxunan: Gəncənin Z.Məmmədov adına xəstəxanasının bütün korpusları təmir olunacaq

143155

“Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Z. Məmmədov adına xəstəxananın digər korpusları da tam təmir olunaraq lazım olan tibbi avadanlıqlarla təchiz olunacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov və digər aidiyyatı şöbələrin əməkdaşları ilə həmin xəstəxanada görülmüş işlər nəzərdən keçirilib.

Digər istifadəyə yararsız olan korpusun da əsaslı təmir olunması müzakirə olunub. Çox güman ki, həmin bina da bir müddət sonra vətəndaşların istifadəsinə veriləcək.  

Ümumiyyətlə, Gəncə səhiyyəsinin inkişafı agentliyin nəzarətindədir. Burada digər təmirə ehtiyacı olan tibb müəssisələri ilə də bağlı işlər aparılır”.  

Bu barədə  Bizim.Media-nın yerli bürosuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli məlumat verib. 

O bildirib ki, bu gün Z. Məmmədov adına xəstəxanasında təcili yardım şöbəsi, poliklinika və cərrahiyyə, reanimasiya şöbələri istifadəyə verilib və artıq bu tibb müəssisəsinə müraciət edən vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsi mümkün olacaq: 

“Bu xəstəxana uzun illər təmirsiz qalmış bir tibb müəssisəsi idi. İndi açılışını etdiyimiz bina tam müasir standartlara cavab verə biləcək şəraitdədir. Burada müasir KT, MRT, rentgen, UZİ aparatları, hər şəraitlə təmin olunmuş cərrahiyyə bloku, 10 xəstəlik reanimasiya bloku, müasir laboratoriyalar var.
Biz Gəncə Bİrləşmiş xəstəxananın uşaq xəstəxanası şöbəsinin yeni təcili yardım korpusda da yüksək şəraitin şahidi olduq. Gələcəkdə bütün tibb müəssisələrində bu cür şəraitin yaradılması nəzərdə tutulur”.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin