Regionlarda yenidənqurma işləri davam etdirilir. “Azərişıq” ASC bu dəfə Samuxun Qədili, Seyidlər və Sarıqamış kəndlərində işlərə başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin məlumatında qeyd edilib.
Bildirilib ki, istismar müddətini başa vurmuş 10 və 0,4 kV-luq elektrik xətləri, dayaqlar və bütün güc mərkəzləri yenilənir. Üç kənddə ümumilikdə 10 KTM quraşdırılıb və abonentlərin bütün sayğacları yenisi ilə əvəzlənib.
Bununla yanaşı Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən, “Azərişıq” ASC Gədəbəyin ucqar Arısu və Əlinağılar kəndlərində də elektrik şəbəkələrini yenidən qurur.
Ötən əsrin 50-60-cı illərində qurulmuş köhnə şəbəkə yenidənqurma layihəsi çərçivəsində tam yenilənir. Elektrik xətləri izoliyasiyalı naqillərlə əvəzlənir, köhnə dayaqlar, sayğaclar və həmçinin bütün güc mərkəzləri tam yenilənir.
Hədəf adıçəkilən kəndlərdə işləri mümkün qədər tez zamanda yekunlaşdırmaq və bununla da itkilərin qarşısını almaq, həmçinin abonentlərin dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təminatını həyata keçirməkdir.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir.
Bizim.Media