Sumqayıtda “McDonald’s”ın ikinci restoranı açılıb - FOTO 

Hazırda oxunan: Sumqayıtda “McDonald’s”ın ikinci restoranı açılıb - FOTO 

143115

İyunun 24-də Sumqayıt şəhərində, vətəndaşların sevimli istirahət məkanı olan Bulvarın mərkəzində, “Sülh göyərçini” abidəsinin yaxınlığında yeni “McDonald’s” restoranının təntənəli açılışı olub. 

Müasir mühəndis və texnoloji həllərdən istifadə edilməklə layihələndirilmiş restoran qida sənayesi sahəsində mövcud ən son texnologiyaların tələblərinə cavab verən avadanlıqlarla təchiz olunub. 

Azərbaycanda ilk dəfə olaraq “Geometry” üslubunda dizayn edilmiş yeni “McDonald’s” restoranı eyni zamanda 146 nəfəri qəbul edə bilər. Ziyarətçilərin sevimli təamlardan açıq havada həzz ala bilməsi üçün restoranda terras fəaliyyət göstərir. 



Qonaqlar həm kassa aparatlarından, həm də interaktiv özünəxidmət köşklərindən istifadə etməklə sifariş verə bilərlər ki, bu da prosesi sürətləndirməyə şərait yaradır. Ziyarətçilərin rahatlığını təmin etmək üçün restoranın təklif etdiyi “masa xidməti” sifarişləri masa arxasında əyləşərək qəbul etməyə imkan verir. 

Restoranda tətbiq edilən WUW (Walk up window) sistemi “take away” (“Al-apar”) xidməti təklif edir. Bu sistem restoranın xaricində yerləşən pəncərə vasitəsilə restorana daxil olmadan sifariş verməyə və həmin sifarişləri qəbul etməyə imkan yaradır. Bununla yanaşı, təklif olunan “McDelivery” xidməti sayəsində sifarişləri “Wolt” çatdırılma xidməti vasitəsilə qısa zamanda əldə edə bilərsiniz. 

Qeyd edək ki, yeni restoranda açılmış “McCafe”də qəhvə içkilərinin və nəfis desertlərin geniş seçimindən yararlana bilərsiniz. 



Xatırladaq ki, bu, Sumqayıt şəhərində fəaliyyətə başlayan ikinci “McDonald’s” restorandır. Bu şəhərdə ilk “McDonald’s” restoranı 2021-ci ilin mart ayında açılıb. İstər bütövlükdə ölkə iqtisadiyyatına, istərsə də Sumqayıtın iqtisadiyyatına müsbət təsir göstərən bu restoranlar şəhərin infrastrukturunun inkişafına və yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verir. Qeyd edək ki, Sumqayıtda ikinci restoranın açılışı 70-dən çox ölkə vətəndaşını işlə təmin edib. 

Qabaqcıl ictimai iaşə şəbəkələrindən biri olaraq, hazırda ölkədə 23 restoranı fəaliyyət göstərən “McDonald’s Azərbaycan” şirkəti ümumilikdə 2100 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir. 

Qeyd edək ki, “McDonald’s” yeni iş yerləri yaratmaqla yanaşı, mövcud restoranların modernləşdirilməsinə və yeni restoranların açılmasına investisiyalar yatırmaqla həm də yerli istehsalın genişlənməsinə, bununla da Azərbaycanda qeyri-neft sektorunun inkişafına ciddi töhfə verir. 



“McDonald’s Azərbaycan”ın tədarük və logistika, rekruitment kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan, eləcə də informasiya texnologiyaları, marketinq və s. sahələri təmsil edən 100-dən çox yerli şirkətlə davamlı əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Bu səmərəli əməkdaşlıq, şübhəsiz ki, ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin