“Kran suyundan istifadə infeksion xəstəliklərə səbəb ola bilər” – Həkimdən XƏBƏRDARLIQ

Hazırda oxunan: “Kran suyundan istifadə infeksion xəstəliklərə səbəb ola bilər” – Həkimdən XƏBƏRDARLIQ

143071

Gündəlik həyatımızın ayrılmaz hissəsini təşkil edən sularımıza bağlı vəziyyət heç də ürəkaçan deyil. Buna görə də insanlar ya qablaşdırılmış sular, ya da filter almaq məcburiyyətində qalırlar. 
Lakin filter satan işbazlar da “fürsət bu fürsətdir” deyib qiymətləri kəllə-çarxa qaldırırlar. Belə vəziyyətdə çarəsiz qalanlar isə bu sulara öyrəşməyə çalışır.

Bu da əksəriyyətin kran sularından istifadə etməsinə səbəb olur.

Bəs, bunun hansı təhlükələri var?

Sualı Bizim.Media üçün cavablandıran həkim-ekspert Rasif Bağırov deyir ki, dövlətin içməli suyu  təmizlənməmiş  şəkildə xalqa verməsi qəti səkildə yolverilməzdir:

“Azərbaycanda ümumiyyətlə ümumi xətdən gələn sularda, demək olar ki, sinxrosiya prosesi aparılmır.  Əsasən də Bakının ətraf rayonlarına verilən sular tamamilə çirklidir. Buna görə də insanlar su filterlərindən istifadə etməyə məcburdur. Bu isə əlavə xərc tələb edir. Ümumilikdə isə, dövlət qurumları əhalini təmiz su ilə təmin etməlidir”.

Həkimin sözlərinə görə, suyu çirkli şəkildə şəbəkəyə buraxmaq çox böyük problemdir ki, bu da müəyyən xəstəliklərə səbəb ola bilər:

“Suyun tərkibində bir çox infeksion xəstəliklər ola bilər. Suyun keyfiyyəti ilə bağlı şəhərin mərkəzində araşdırma da aparmışıq. Belə ki, içməli suyun codluğu 0-60 dərəcə arasında olmalıdır. Bakıda ümumi şəbəkə suyunda isə bu rəqəm 320-dən yuxarıdır. Şəhərin mərkəzində vəziyyətin bu həddə olduğunu nəzərə aldıqda, kənar ərazilərdəki durumu təsəvvür etmək çətin deyil”.

Rasif Bağırov təcili olaraq bu istiqamətdə müvafiq addımların atılmasının zəruriliyini də diqqətə çatdırıb.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin