Azərbaycan Respublikasının min illərə meydan oxuyan bir inci zərifliyinə malik doğma dilinə sahibik. Qaydalarına riayət etməli olduğumuz bu dil bizə əsrlərin yadigarıdır,tariximizdir. Azərbaycan Respublikasının hər bir siravi vətəndaşı bu dili qorumalı və bu əmanəti sağlam şəkildə gələcək nəsillərə ötürməlidir.
Bizim.Media Gülər Mübarizin yazısını təqdim edir:
Bu qaydalara riayət etmək,dilin üslubi xüsusiyyətlərini qoruyub saxlamaq ən birinci də publisistik üslubun yolçularının vəzifəsidir.
Bu üsluba xidmət edən hər bir qəzet, jurnal, sayt və nəşriyyat evləri, eləcə də bu müəssisələrdə çalışan əməkdaşlarımız yəni mətbuat nümayəndələrimiz bu qaydalara daha da diqqətli yanaşmalıdırlar.
Eyni zamanda bunun məsuliyyətini dərk etməklə yanaşı göstərdikləri dəst-xəttin hər bir oxucuya, izləyiciyə bağışladığı təsirin vacibliyini dərk etməlidirlər.
Dilimizin təmizliyinin qorunması,həmişə diqqət mərkəzində saxlanılması bütün yazılı və şifahi kütləvi imformasiya vasitələrinin,o cümlədən də saytların ümumi işidir. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytların monitorinqi ilə bağlı hesabatına istinadən bəzi saytlarda hələ də Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilmədiyinin şahidi oluruq.
Saytları monitorinq etməkdə məqsəd ədəbi dilin normalarının pozulması hallarını müəyyən edərək təhlillər aparmaq, statistik baxımdan araşdırmaq, qüsurları aradan qaldırmaq istiqamətində təkliflər irəli sürməkdir, eləcə də gücləndirici tədbirlər görməkdir.
Monitorinqin nəticəsi aşağıdakı kimidir. Qeydə alınmış 3976 faktdan 1676-sı orfoqrafik,488-i leksik,872-si qrammatik,940-ı isə üslubi səviyyədə pozulmanın göstəricisidir.
Publisistik üslub mətbuatın, saytların, radio və televiziyanın dilində təzahür edir. Ölkə və xaricdə baş verən hadisələr qəzet və saytlarda geniş,müntəzəm şəkildə əksini tapır. Bu yolda əsas silah dildir, xüsusilə mətbuatda dilə həssaslıqla yanaşılmalıdır.
Bunun üçün ilk növbədə, ədəbi dil yüksək səviyyədə mənimsənilməlidir, nitq mədəniyyətinin dəqiqliyinə riayət olunmalıdır. Yazıda orfoqrafik qüsurlara yol verilməməli, punktuasiyadan düzgün istifadə olunmalıdır.
Dilimizin fonetik,leksik və qrammatik normalarını öyrənmədən əlinə qələm alan bütün sayt əməkdaşlarını eləcə də mətbuatda çıxış edən hər kəsi bu qaydalara əməl etməyə çağırırıq. Və bu yolda da Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkil etdiyi Azərbaycan ədəbi dil normalarının düzgün tətbiqinə həsr olunmuş nəzəri-praktik təlimlərdə iştiraklarını vacib sayırıq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:34 / 23.06.2023
Virtual və yazılı mediada Azərbaycan dili necə qorunur? - GÜLƏR MÜBARİZ YAZIR
Hazırda oxunan: Virtual və yazılı mediada Azərbaycan dili necə qorunur? - GÜLƏR MÜBARİZ YAZIR
Hazırda oxunan: Virtual və yazılı mediada Azərbaycan dili necə qorunur? - GÜLƏR MÜBARİZ YAZIR
142994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.