“Beynəlxalq Əlillər Cəmiyyəti”x9d İctimai Birliyi və “Əlillər Dünyası”x9d qəzetinin əməkdaşları bu günlərdə Rusiya Federasiyası Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) ilə qarşılıqlı əməkdaşlıq barədə saziş imzalayıblar. Bu yaxınlarda 25 illiyini qeyd edən MDHİU MDB məkanında yeganə universitetdir ki, orada fiziki imkanları məhdud olan tələbələr üçün xüsusi şərait yaradılmışdır.
MDHİU-nin rektoru, professor Vaqif Bayramov və hər iki təşkilatın rəhbəri, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Tahir Xudiyev imzalanma mərasimində çıxış edərək bu əməkdaşlıqdan məmnun olduqlarını və bu əməkdaşlığın gənc nəslin tolerantlıq, multikultiralizm ruhunda tərbiyə olunmasında, başqa xalqların və millətlərin nümayəndələrinə hörmətlə yanaşmasında böyük rolu olacağına ümid etdiklərini vurğuladılar.
İmzalanma prossesində iştirak edən İctimai Birliyin İdarə Heyəti üzvü, BDU-nun kafedra müdiri, professor İradə Hüseynova və İctimai Birliyin hüquqşünası, ədliyyə müşaviri Fərman Rzayev də bu əməkdaşlığın hər iki tərəf üçün, ələlxüsus da əlilliyi olan uşaqların lazımı təhsil almasına, eləcə də xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə stimul verəcəyini söylədilər. Tarix elmləri doktoru, professor İradə xanım müəllifi olduğu “Гейдар Ðx90лиев-от политичеÑx81кого руководителÑx8f к общенациональному лидеру» («Heydər Əliyev-siyasi rəhbərdən ümummilli liderədək”x9d), «Heydər Əliyev və Qafqazda sülh prossesi”x9d, “ИÑx81торичеÑx81каÑx8f Ñx8dнциклопедиÑx8f Кавказа» («Qafqazın tarixi ensiklopediyası”x9d), “ИÑx81ториÑx8f народов Кавказа» («Qafqaz xalqlarının tarixi”x9d), “Tarix, zaman, düşüncələr”x9d adlı elmi monoqrafiyalarını Universitetin kitabxanasına hədiyyə etdi.
Tədbirdə Universitetin elmi-tədqiqat işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, dosent Natalya Orexovskaya, təlim-tərbiyə işləri üzrə prorektor, pedaqoji elmlər namizədi, professor Valeri Zozulya və digər əməkdaşlar iştirak edirdilər.
Sonda tədbir iştirakçılarına ziyafət verildi, Moskvanın tarixi yerləri ziyarət olundu.
“Əlillər Dünyası”x9d qəzetindən
01.07.2016



































































































