Şimal-Qərb bölgəsində artıq dörd gündür yağış yağır. Yay fəslinin gəlməsinə baxmayaraq bu bölgədə payız fəsli yaşanır, günün müxtəlif saatlarında yağış, leysan müşahidə olunur.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, sakinlər bildirir ki, son 10 ildə yay fəslinin gəldiyi günlərdə belə qeyri-sabit əsasən də payızı xatırladan hava ilə qarşılaşmayıblar.
Ötən gün və bu səhər bölgə rayonlarında hava şəraiti yağmurlu davam edir. Havaların belə keçməsi əsasən taxılçılıqla məşğul olan fermerlərin qayğılarını artırır.
Belə ki, arpa və buğdu əkini aparan fermerlər artıq bir neçə gündür ki, sahələrə kombayn sala bilmir. Çünki torpaqlar nəmlidir və sünbüllər də yağışın ağırlığından nəmlənərək xeyli əyilib. Tək çıxış yolu havaların isinməsi və sünbüllərin qurumasıdır.
Şəki Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata əsasən ötən gün Qax və Şəkinin bəzi ərazilərinə güclü leysan düşüb. Bu səbəbdən Kürmük və Şin çaylarında suyun səviyyəsi yenidən artıb.
Bununla yanaşı bölgənin digər çaylarında sululuq çox olsa da heç bir təhlükə, sel daşqını qeydə alınmayıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
- A-
- A
- A+
Cəmiyyət
09:16 / 23.06.2023
Şimal-Qərb bölgəsində LEYSAN: Fermerlər zərər görür
Hazırda oxunan: Şimal-Qərb bölgəsində LEYSAN: Fermerlər zərər görür
Hazırda oxunan: Şimal-Qərb bölgəsində LEYSAN: Fermerlər zərər görür
142864
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.