“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik ediləcək.
Bizim.Media xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata bunlar Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasında müzakirə ediləcək.
Bundan əlavə iclasda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş); “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) və s. bu kimi məsələlərin müzakirəsi olacaq.
Qeyd edək ki, iyunun 24-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 20 məsələ daxil edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:55 / 22.06.2023
Vergi Məcəlləsində dəyişiklik ediləcək - Bundan başqa…
Hazırda oxunan: Vergi Məcəlləsində dəyişiklik ediləcək - Bundan başqa…
Hazırda oxunan: Vergi Məcəlləsində dəyişiklik ediləcək - Bundan başqa…
142812
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.