"Söyüdlü kəndində hava ölçüləri aparılıb, qorxulu amillər yoxdur" - Komissiya sədri 

Hazırda oxunan: "Söyüdlü kəndində hava ölçüləri aparılıb, qorxulu amillər yoxdur" - Komissiya sədri 

142782

"Gədəbəy rayonun Söyüdlü kəndi və ətrafında xüsusi cihazlarla hava ölçüləri aparılıb. Havanın keyfiyyəti öyrənilib. Orada hər hansı bir qorxulu amillər yoxdur". 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev sakinlərlə görüşü zamanı deyib. 

Komissiya sədri bildirib ki, havada texniki qazların parametrləri norma çərçivəsindədir: 

"Sizi narahat edən sianidin buxarlanması nəticəsində olan tərkib havada yoxdur. Torpaq və su ilə bağlı da nümunələr xüsusi laboratoriyada analiz ediləcək. Nəticəni sizinlə bölüşəcəyik ". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin