Göygöl rayonunda 1980-ci il təvəllüdlü Südabə ailə münaqişəsi zəminində həyat yoldaşı Əsədə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Bizim.Media "demokrat.az"a istinadən xəbər verir ki, hadisə Göygöl rayonunun kəndində baş verib.
Kənd sakini Südabə yaşadıqları evin həyətyanı sahəsində qısqanclıq zəminində həyat yoldaşı Əsədlə mübahisə edib.
Mübahisə zamanı Südabə daş parçası ilə Əsədin çiyin nahiyəsinə vurub, onun sol əlindən dişləməklə xəsarətlər yetirib.
Hadisəni törədən Südabənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Südabə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Göygöl rayonunun kəndində ailəsi ilə birlikdə yaşayır, evlidir, rəsmi olaraq heç bir yerdə işləmir:
“Hadisə günü yaşadığım evdə ərim ilə aramızda qısqanclıq səbəbindən sözlə mübahisələrimiz oldu. Həmin mübahisə zamanı ərim məni təhqir etdi. Üzərimə hücum etdiyi üçün yerdən daş parçası götürərək ona vurdum”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermək istəyərkən əri telefonunu əlindən alıb və telefonunu buraxması üçün ərinin əlindən dişləyib.
Bu cinayət işinə Göygöl rayon Məhkəməsində baxılıb.
Məhkəmə araşdırması zamanı zərərçəkmiş kişi arvadını bağışlayıb, ondan şikayətçi olmayıb.
Bu səbəbdən məhkəmə Südabənin barəsində olan cinayət təqibinə xitam verib.
O, cinayət məsuliyyətindən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:15 / 22.06.2023
Azərbaycanda şok OLAY: Qadın ərini DÖYDÜ
Hazırda oxunan: Azərbaycanda şok OLAY: Qadın ərini DÖYDÜ
Hazırda oxunan: Azərbaycanda şok OLAY: Qadın ərini DÖYDÜ
142739
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.