Güclü yağış Daşkəsəndə fəsadlar TÖRƏTDİ 

Hazırda oxunan: Güclü yağış Daşkəsəndə fəsadlar TÖRƏTDİ 

142725

Azərbaycanın qərb bölgəsində qeyri-sabit hava şəraiti yenə çətinliklər yaradıb. Güclü şimşək çaxması və lesyan yağışlarla müşahidə olunan hava davam edir.

Daşkəsən İcra hakimiyyətinin şöbə müdirinin müavini Elmar Əliyevin Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq rayon ərazisində güclü yağış çaylarda sellərlə müşahidə olunur.

Güclü intensiv yağışlar yollarda avtomobillərin hərəkətinə maneələr yaradıb. Yağan güclü yağışlar əhalinin təsərrüfatlarına, bağlara, əkin sahələrinə ciddi ziyan vurub: 

“Hazırda qeyri-sabit hava şəraiti rayon ərazisində davam edir. Güclü yağış suları Daşkəsən şəhərinin yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.

Yağış sularının güclü axması nəticəsində dağlarda palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir” - deyə Elmar Əliyev əlavə edib. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin