Muxtar Babayevdən Gədəbəydəki vəziyyətlə bağlı AÇIQLAMA  

Hazırda oxunan: Muxtar Babayevdən Gədəbəydəki vəziyyətlə bağlı AÇIQLAMA  

142706

Gədəbəyin Söyüdlü kəndindəki vəziyyətin araşdırılması üçün yaradılan Komissiyanın üzvləri kənd sakinləri ilə görüş keçirəcək. 

Bizim.Media xəbər verir ki, bunu Komissiya sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Real Tv"yə açıqlamasında deyib. 

Onun sözlərinə görə, kənd sakinləri ilə görüşdən sonra Komissiya üzvləri əraziyə baş çəkəcəklər: 

"Komissiya ərazidəki problemləri daha dəqiq öyrənəcək və hər hansı təklifləri hazırlayacaq". 

Qeyd edək ki, ötən gün Baş nazir Əli Əsədovun sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Komissiya yaradılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Komissiyanın sədri təyin edilib. 
Komissiyanın tərkibinə səhiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin