Quru sərhədlərin açılması ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

Hazırda oxunan: Quru sərhədlərin açılması ilə bağlı Vüqar Bayramovdan AÇIQLAMA

142699

“Azərbaycana gələn hər üç turistin ikisi təyyarədən istifadə edir. Diqqəti çəkən digər məqam turistlərin 31,9 faizi dəmir yolu və avtomobil, 66,6 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə etməsidir. Bu o deməkdir ki, ölkəmizə gələn hər üç turistdən ikisi hava nəqliyyatından istifadə edir. Turizm mövsümünün başlanmasını nəzərə alaraq, quru sərhədlərinin mərhələli açılması məqsədəuyğun olardı”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Millət vəkili Vüqar Bayramov səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“İnsanlar quru sərhədlərinin bağlı qalmasına müsbət yanaşırlar” - Deputat


Deputat hesab edir ki, indiki məqamda Türkiyə və Gürcüstanla quru sərhədlərinin tam açılması daha məqsədəuyğundur:

“Hər iki ölkə strateji baxımdan Azərbaycanın tərəfdaşıdır. Quru sərhədlərinin mərhələli açılması iqtisadi aspektdən də əhəmiyyətlidir. Bu ölkəyə gələn turistlərin sayını artırmaqla yanaşı, xaricə gedən vətəndaşlarımızın daha asan və ucuz nəqliyyat imkanlarından istifadə baxımdan da əhəmiyyətlidir.

Nəzərə alaq ki, bu ilin ilk 5 ayında Azərbaycana gələn turistlərin sayı 1.5 dəfə artaraq 713 min nəfərə çatıb. Gələnlərin 65.7 faizi qonşu ölkələrin vətəndaşlarıdır.

Belə ki, turistlərin 32,4 faizi Rusiya, 20,0 faizi Türkiyə, 8,1 faizi İran, 5,2 faizi Gürcüstandan ölkəmizə səfər ediblər. 

Həmin müddətdə Çindən gələnlərin sayı 6,1 dəfə, Türkmənistandan - 3,9 dəfə, Hindistandan - 3,2 dəfə, Belarusdan - 2,7 dəfə, Özbəkistandan - 2,6 dəfə, Qazaxıstandan - 2,0 dəfə, Rusiya Federasiyasından - 2,0 dəfə, Böyük Britaniyadan - 1,8 dəfə, İsraildən - 1,7 dəfə, ABŞ-dan - 1,6 dəfə, Küveytdən - 43,8 faiz, Pakistandan - 43,0 faiz, Gürcüstandan - 41,7 faiz, Türkiyədən - 22,5 faiz, Omandan - 17,4 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 14,7 faiz artıb”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin