Ödəniş terminalları vasitəsilə ödəniş xidmətlərinin göstərilməsinin yeni qaydaları müəyyən edilir.
Bizim.Media xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən yeni “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, ödəniş xidməti təchizatçısı ödəniş xidmətlərini ödəniş terminalları vasitəsilə göstərdikdə ödəyicidən qəbul olunmuş pul vəsaitini vəsait alanla bağladığı müqavilədə ayrı müddət nəzərdə tutulmadıqda (müqavilədə nəzərdə tutulan müddət 5 (beş) iş günündən artıq ola bilməz) növbəti əməliyyat günündən gec olmayaraq vəsait alanın ödəniş hesabına köçürməlidir.
Mərkəzi Bank tərəfindən müəyyən edilən hallar istisna olmaqla, ödəniş terminalı ödəniş xidməti istifadəçisini ödəniş əməliyyatını təsdiq edən məlumatla təmin etməlidir.
Ödəniş terminalları vasitəsilə aparılan ödəniş əməliyyatlarını təsdiq edən məlumatlara dair tələblər və məlumatların təqdim edilməsi qaydası Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən edilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:07 / 22.06.2023
Ödəniş terminalları ilə bağlı YENİ QAYDALAR
Hazırda oxunan: Ödəniş terminalları ilə bağlı YENİ QAYDALAR
Hazırda oxunan: Ödəniş terminalları ilə bağlı YENİ QAYDALAR
142681
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.