Ötən gün Abşeronda əri tərəfindən qətlə yetirilən Hüseynli Leylanın tələbə olduğu müəyyənləşib.
Bizim.Merdia Qafqazinfo-ya istinadən xəbər verir ki, 20 yaşlı Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub.
MÖVZU İLƏ BAĞLI:
Kişi həyat yoldaşını qətlə yetirdi, 8 aylıq qızını yaraladı
O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.
Qeyd edək ki, hadisə ötən gün Abşeron rayonu Qobu qəsəbəsində baş verib. 1993-cü il təvəllüdlü Hüseynli Fərid Leyla ilə yanaşı, 8 aylıq qızını da öldürüb, daha sonra özünə xəsarət yetirib.
Bizim.Media