Paytaxt yollarında TIXAC: 208 avtobus GECİKİR

Hazırda oxunan: Paytaxt yollarında TIXAC: 208 avtobus GECİKİR

142621

Vahid Dispetçer Xidmətinin bu gün axşam pik saatlarına olan məlumatına əsasən, paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən 77 müntəzəm marşrut xətti üzrə 208 avtobusun hərəkət intervalında gecikmə var. 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Bizim.Media-ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir: 

1. Bakı-Sumqayıt şosesi - Moskva prospekti – Tbilisi prospekti şəhər istiqamətində və əks istiqamətdə 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 16-23 dəqiqə gecikmə müşahidə olunur. 

2. Həsən bəy Zərdabi küçəsi - 20 Yanvar dairəsi istiqamətində 7B, 9, 14, 18, 29, 165, 194, 205 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-22 dəqiqə gecikmə var. 

3. Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 17-21 dəqiqə gecikmə müşahidə olunur. 

4. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində, eyni zamanda, əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 16-24 dəqiqə gecikmə qeydə alınır. 

5. Qara Qarayev prospekti – hər iki istiqamətdən Dakar dairəsi istiqamətində (avtobus zolağının olmasına baxmayaraq, digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 7A, 11, 15, 30, 35, 40, 44, 49, 51, 62, 64 və 81 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-24 dəqiqə gecikmə müşahidə edilir. 

6. Xocalı prospekti - Yusif Səfərov küçəsindən Heydər Əliyev prospekti istiqamətində 1, 2, 4, 10, 21, 30, 32, 46, 49 nömrəli müntəzəm və E1 ekspress marşrut xətlərindəki avtobuslararası intervallarda 15-20 dəqiqəyə gecikmə qeydə alınır. 

7. Binəqədi şosesi – hər iki istiqamətdə 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-21 dəqiqə gecikmə var. 

8. Mikayıl Useyinov küçəsi - Azneft meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq, digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125, 127, 205 nömrəli müntəzəm və E1 ekspress marşrut xətlərindəki avtobuslararası intervallarda 21-28 dəqiqə gecikmə müşahidə olunur. 

9. Şeyx Şamil, İstiqlaliyyət, Niyazi küçələri və Azneft dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 20-24 dəqiqə gecikmə qeydə alınır. 

10. 28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti və Azneft dairəsi istiqamətində 5, 18, 88, 125 və 127 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 18-22 dəqiqə gecikmə var. 

11. Dilarə Əliyeva küçəsi, hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-23 dəqiqə gecikmə müşahidə olunur. 

12. Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 16-20 dəqiqə gecikmə qeydə alınır. 

13. Xətai prospektindən keçən 11 və 199 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-23 dəqiqə gecikmə müşahidə olunur. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin