Balakəndə insan hüquqlarının qorunmasına dair GÖRÜŞ – FOTO

Hazırda oxunan: Balakəndə insan hüquqlarının qorunmasına dair GÖRÜŞ – FOTO

142609

Balakəndə insan hüquqlarının qorunmasına dair görüş keçirilib. Rayonda ”İnsаn hüquq və аzаdlıqlаrının müdafiəsi dövlətin ali məqsədidir” mövzusunda təşkil edilən dəyirmi masada bir çox məsələlər müzakirə olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə müstəqil və müasir Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi sahəsində dövlətin rolundan danışılıb.

Qeyd edilib ki, insan hüquq və azadlıqlarının təmin edilməsi vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur.
Dəyirmi masada, həmçinin rayon polis şöbəsinin rəis müavini Elxan Zamanov, rayon prokurorunun köməkçisi Gültac İsgəndərli və rayon təhsil şöbəsinin əməkdaşı Sevinc İbadova çıxış edərək hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə həyata keçirilən tədbirlər və islahatların insanlarda şüurlu surətdə hüquqi inamın formalaşmasına, əhali arasında hüquq mədəniyyətinin yayılmasına və bu istiqamətdə uğurlu nəticələrin əldə olunmasına öz töhfəsini verdiyini diqqətə çatdırıblar.

Tədbir qarşılıqlı diskussiya və müzakirə formasında davam edib. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin