Qurban bayramı ilə əlaqədar heyvanların satış məntəqəsi təşkil olunacaq? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Qurban bayramı ilə əlaqədar heyvanların satış məntəqəsi təşkil olunacaq? – Rəsmi AÇIQLAMA

142569

Müqəddəs Qurban bayramına sayılı günlər qalıb. Lakin artıq indidən heyvan bazarında qiymətlər artıb. 

Maraqlıdır ki, heyvanların qiyməti yerində, yəni regionlarda bahalaşıb. 

Apardığımız araşdırmalar nəticəsində son 10 gündə xırda buynuzlu heyvanların qiymətinin 50 manatadək bahalaşdığını öyrəndik. Hazırda bir baş qurbanlıq qoyunun qiyməti  250 manatdan başlayır. Hətta 400 manata təklif olunan qoyunlar da var. 

Bu bahalaşmanın son hədd sayılmır. Qiymət artımının bayram günlərinə qədər davam edəcəyi deyilir. 

Qeyd edək ki, uzun illər hökümət Qurban bayramı ərəfəsində süni qiymət artımın qarşısını almaq üçün müvafiq addımlar atıb.

Belə ki, qonşu ölkələrdən Azərbaycana xırda buynuzlu heyvanlar alınıb gətirilib. Və mərkəzi şəhərlərdə bu heyvanların satışı üçün xüsusi yerlər ayrılırdı. Bu məntəqələrdə bir baş qoyun 100 manat civarında əhaliyə təklif olunurdu. Bu da həm qiymət artımının qarşısını alırdı, həm də əhalinin seçim imkanını artırırdı.

Bəs, bu il həmin satış məntəqələrinin təşkili gözlənilirmi?

Məsələyə Kənd Təsərrüfatı Nazirliyinin mövqeyini öyrəndik. 

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, əvvəllər ənənəvi olaraq belə satəş məntəqələri təşkil edilirdi:

“Kənd Təsərrüfatı Nazirliyi də bu satış məntəqələrinin təşkilində biləvasitə iştirak edirdi. Lakin, sonuncu belə tədbir 2019-cu ildə təşkil edilib. Bundan sonrakı illərdə bu işlə yerli icra hakimiyyətləri məşğul olub. Ona görə də bu ilki Qurban bayramı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi hər hansı bir satış məntəqəsinin təşkilini planlaşdırmayıb”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin