"Hər hansı təhsilin keyfiyyəti müəllimlərin keyfiyyətindən yüksək ola bilməz. Müəllimlərlə bağlı keyfiyyətin artırılması və onların inkişafı üçün nazirlik müvafiq addımlar atır. Müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək”.
Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəllimlərin biliklərinin keyfiyyətinin artırılması istiqamətində mərhələli şəkildə addımlar atılır:
“Əvvəl məktəblərdə müəllimlərin nə qədər bildikləri barədə məlumata sahib deyildik. Diaqnostik qiymətləndirilmə və bu gün üçün keçirilən sertifikasiya imtahanları ilə müəyyən məlumatlara sahib ola bilirik.
120 min müəllimdən danışırıq. Bu qədər istedadlı adamı tapıb müəllim peşəsinə cəlb etmək asan deyil. Yaxşı kadr tapmalıyıq ki, növbəti gələcək nəsli yaxşı yetişdirə bilsin. Uşaqlara nə öyrədirik məsələsi də vacibdir. Məktəbin məzmunu adətən yaşlı insanlar tərəfindən təyin olunur. Bunun pis amil olduğunu demirik. Yaşlı nəsil öz bildiklərini gələcək nəslə ötürür.
Lakin nəzərə almaq lazımdır ki, dünya sürətlə inkişaf edir. Ola bilsin ki, bizim vaxtilə öyrəndiyimiz yeni nəsil üçün lazım olmaya bilər. Təhsil sisteminə təsir edən amillərdən biri də cəmiyyətdə qadının rolu ilə bağlıdır. Anaları ali təhsilli olan və ya əksi olan uşaqlar arasında əsaslı fərq var. Bu, bütün dünyada belədir”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:35 / 21.06.2023
"Müəllimlərin bilik keyfiyyətinin artırılmasına çalışırıq" – NAZİR
Hazırda oxunan: "Müəllimlərin bilik keyfiyyətinin artırılmasına çalışırıq" – NAZİR
Hazırda oxunan: "Müəllimlərin bilik keyfiyyətinin artırılmasına çalışırıq" – NAZİR
142523
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.