Son günlər müşahidə edilən intensiv yağışlar şimal bölgəsində meyvəçiliyə də mənfi təsir edib. İqtisadiyyatında meyvəçilik də əsas yer tutan Xaçmaz rayonunda qeyri-sabit hava gilas meyvəsinin keyfiyyətinə, dadına və yığımına ziyan verib. Yerli meyvəçilər də bu fikirdədir.
Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-ya məlumat verilib ki, yağışlı hava Xaçmazda gilas meyvəsinin 30 faiz çürüməsinə səbəb olub. Bu da həm məhsuldarlığa, həm də keyfiyyətə təsir edib. Məlumata görə, Xaçmazda 3695 hektar gilas bağı var ki, bunun 2943 hektarı barverən bağlardır.
Ötən il gilas bağlarından 20186 ton məhsul yığılıb və hektardan məhsuldarlıq 100 sentnerə yaxın olub. Bu ilki məhsuldarlıq gilas yığımı davam etdiyindən hələ məlum deyil.
Xaçmaz Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, hazırda rayonda gilasın "Krım", "Napoleon", "Ağ gilas", "Romanovka", "Öküz ürəyi" növlərinin yığımı davam edir. Fermerlər bu il məhsullarını Rusiya ilə yanaşı, digər xarici ölkə bazarlarına da ixrac edə bilirlər. Bu barədə fermerlər yığımla bağlı onlarla görüşən rayon icra başçısı Elnur Rzayevə də məlumat veriblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 21.06.2023
Qeyri-sabit hava Xaçmazda gilas bağlarına ziyan VURDU – FOTO
Hazırda oxunan: Qeyri-sabit hava Xaçmazda gilas bağlarına ziyan VURDU – FOTO
Hazırda oxunan: Qeyri-sabit hava Xaçmazda gilas bağlarına ziyan VURDU – FOTO
142501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.