AQTA-da türkiyəli nazirlə görüş keçirildi

Hazırda oxunan: AQTA-da türkiyəli nazirlə görüş keçirildi

14250

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Bizim.Media-ya AQTA-dan məlumat verilib.

 

MÖVZU İLƏ BAĞLI:

Daha iki ölkədən quş əti idxalına qadağa qoyuldu


Bildirilib ki, görüşdə qardaş ölkədən gələn nümayəndə heyətinin ölkəmizdəki baytarlıq laboratoriyaları, heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə tanışlığı, həmçinin heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Hər iki ölkənin mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyəti 9-17 mart 2021-ci il tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin