Bu gün günorta saatlarında Gədəbəy rayonu Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində inşa olunan süni gölün tikintisinə qanunsuz müdaxilə edib.
DİN-in mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə, izahedici söhbətlər aparılmasına baxmayaraq, onlar qeyd olunan əraziyə toplaşıblar.
"Onlar polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq daşla, küt alətlərlə bir neçə fəhləyə xəsarət yetirib və polis əməkdaşlarına qarşı müqavimət göstərməyə cəhd ediblər. Görülmüş tədbirlərlə qanunsuz aksiyanın iştirakçıları ərazidən uzaqlaşdırılıblar.
O ki qaldı videogörüntülərdə polis əməkdaşının qadınlardan birinə gözyaşardıcı qaz tətbiq etməsinə, bununla əlaqədar DİN-in bir qrup əməkdaşı Gədəbəy rayonuna ezam olunub. Həmin fakt üzrə xidməti yoxlama aparılır.
Xidməti yoxlamanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - məlumatda deyilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:12 / 20.06.2023
DİN: Yaşlı qadının gözünə gözyaşardıcı qaz sıxan polislə bağlı araşdırma aparılır
Hazırda oxunan: DİN: Yaşlı qadının gözünə gözyaşardıcı qaz sıxan polislə bağlı araşdırma aparılır
Hazırda oxunan: DİN: Yaşlı qadının gözünə gözyaşardıcı qaz sıxan polislə bağlı araşdırma aparılır
142453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.