İyunun 20-si saat 16:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub.
Bu barədə Bizim.Media-nın yerli bürosuna Daşkəsən rayon icra hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb. Məlumata görə, bir nəfər Qaraqullar kənd sakinini ildırım vurub və hazırda o, xəstəxanaya yerləşdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:34 / 20.06.2023
Daşkəsəndə güclü leysan ciddi fəsadlar törədib, bir nəfəri ildırım vurub - FOTO
Hazırda oxunan: Daşkəsəndə güclü leysan ciddi fəsadlar törədib, bir nəfəri ildırım vurub - FOTO
Hazırda oxunan: Daşkəsəndə güclü leysan ciddi fəsadlar törədib, bir nəfəri ildırım vurub - FOTO
142447
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.