Əziz Ələkbərli: “Azərbaycan qaçqınlıqdan ən çox əziyyət çəkən dövlətlərdən biridir”

Hazırda oxunan: Əziz Ələkbərli: “Azərbaycan qaçqınlıqdan ən çox əziyyət çəkən dövlətlərdən biridir”

142426

“Qərbi Azərbaycan İcmasının əsas məqsədi son 200 ildə tarixi torpaqlarımızda soydaşlarımızın başına gətirilən faciələri dünya ictimaiyyətinə çatdırmaqdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Qərbi Azərbaycan torpaqlarına qayıdanadək mübarizəmiz davam edəcək" - Əziz Ələkbərli 


İcma sədri bildirib ki, ilk dəfə olaraq Qərbi Azərbaycan İcmasının bir neçə sənədi BMT-nin tribunasından dünyaya çatdırılıb, həmçinin qurumun bütün rəsmi dillərdə dünyanın 190 dövləti arasında yayılıb.

"Bu, bizim böyük uğurumuzdur. Çünki ilk dəfədir dünya Qərbi Azərbaycan, indiki Ermənistan ərazisində baş verən hadisələr haqqında dəqiq məlumat ala bildi",- deyə Əziz Ələkbərli vurğulayıb. 

O əlavə edib ki, Azərbaycan qaçqınlıqdan ən çox əziyyət çəkən dövlətlərdən biridir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin