“Qadınlar soyunmağın klassik ünvanını unudublar” – Psixoloqdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Qadınlar soyunmağın klassik ünvanını unudublar” – Psixoloqdan SENSASİON AÇIQLAMA

142408

“Son dönəmlər qadınlar soyunmağa daha çox meyl edirlər. Soyunmağın klassik ünvanı var. Amma indiki qadınların çoxu bunu unudub. Bir çoxları nəinki dənizkənarında, hətta efirlərdə belə soyunurlar. 

Belə qadınlar zənn edir ki, bədənlərinin hansısa hissəsini açmaqla daha gözəl olduqlarını sübut etmiş olurlar.

Bu da ondan irəli gəlir ki, həm dəyərlər dəyişib, həm də təfəkkür korlanıb. Gözəlliyin standartları dəyişdiyi üçün bəziləri elə düşünür ki, yarıçılpaq küçəyə, səhnəyə çıxmaqla daha çox diqqət çəkə bilərlər”. 

Bunu Bizim.Media ilə fikirlərini bölüşən psixoloq Gülnar Orucova deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Öz əmisinə, dayısına qoşulub qaçan qadınlar var” – Psixoloqdan SENSASİON AÇIQLAMA


O, soyunmağa meyilli olan qadınların sevgiyə möhtac olduqlarını bildirib:

“Qadın və yaxud gənc qız ətrafından istədiyi diqqəti görməyəndə alternativ yollar axtarır. Və bəziləri də sonda bu qənaətə gəlir ki, ətrafdakıların diqqətini çəkmək üçün soyunmaq, yarıçılpaq geyinmək lazımdır. Doğrudur, belə qadın və qız ilk baxışdan diqqət cəlb edir. Amma bu diqqət keçici olur və qarşı tərəfdə daha çox ikrah doğurur. 

Gözəlliyi və bədəni qadının sərvətidir. Qadın sərvətinə daha çox sahib çıxmaqla, onu gizlətdkcə əks-cinsin daha çox marağını çəkir. Necə ki, böyük Vahid deyirdi ki, “Əs ey külək, qaldır onu birdə görək”. Qadının dekoltesi və yaxud geyimindəki yarıq kişilərin daha çox diqqətini çəkir, nəinki yarıçılpaq geyim”.

Gülnar Orucova hesab edir ki, bütün hallarda yarıçılpaq və yaxud bikinidə foto paylaşmaq və açıq-saçıq geyimdə ictimaiyyət qarşısına çıxmaq qadınlarda kompleksin olmasının göstəricisidir:

“Belə qadınlar ətraflarından istədikləri diqqəti görmədiklərini özlərinə dərd edirlər. Bu zaman soyunmaq yolu ilə diqqət çəkəcəklərini düşünürlər. Müşahidələr göstərir ki, şou əhli arasındakı qadınlar daha çox 40 yaşını keçəndən sonra səhnəyə yarıçılpaq çıxırlar, bikinidə fotolorını paylaşırlar.

Bu da həmin qadınlarda özgüvənin olmaması deməkdir. Onlar belə hərəkətləri ilə bir növ ətraflarındakılara bir mesaj verir, hələ də gözəl olduqlarını sübut etməyə çalışırlar”. 

Psixoloq bir vacib məqama da toxunub:

“Bəzən deyirlər ki, geyim əxlaqın göstəricisi deyil. Maraqlıdır ki, bu sözləri deyənlər daha çox soyunmağa həvəsli olan qadınlardır. Fikir verin efirə çıxan müğənnilərin çoxu ifa etdikləri mahnı ilə deyil, işvə-nazları, bədən quruluşları, əzaları ilə daha çox yadda qalmaq istəyirlər. Onlar efirdən öz sənətlərini və səslərini yox, öz bədənlərini reklam etmək üçün istifadə edirlər. 

Bu da ondan irəli gəlir ki, müğənilərin çoxu efirə sənət üçün yox, özlərinə sponsor tapmaq üçün çıxırlar. Bundan başqa son vaxtlar qadınlar arasında foto paylaşmaq xəstəliyi yayılıb.

Qadın var ki, bütün gününü kamera qarşısında keçirir, hər addımını çəkib sosial şəbəbkədə paylaşır. Bir psixoloq kimi deyə bilərəm ki, bir adam gün ərzində ikidən artıq foto paylaşırsa, deməli onda psixi problem var”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin