Hər il olduğu kimi bu ildə müəllimlərin işə qəbul imtahanına hazırlaşanların sayı kifayət qədər çoxdur. Lakin imtahanın nə vaxt olacağı hələ də açıqlanmayıb.
Bu da müəllim kimi fəaliyyət göstərmək istəyən minlərlə şəxsin intizarda qalmasına səbəb olub.
Bəs, imtahanın nə vaxt keçirilməsi nəzərdə tutulur?
Sualı Bizim.Media üçün cavablandıran təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, MİQ imtahanının iyul ayının 10-u və ondan sonrakı tarixlərdə keçirilməsi nəzərdə tutulur:
MÖVZU İLƏ BAĞLI:
MİQ imtahanı iştirakçılarının NƏZƏRİNƏ: Bu məqamlara xüsusi diqqət yetirin
“Müəllimlərin işə qəbul imtahanı barədə dəqiq tarix təyin olunub. Sadəcə ictimaiyyətə təqdim edilməyib. Yaxin vaxtlarda açıqlanacağı gözlənilir. Növbəti ayın 3-ü qeyri iş günü yekunlaşdığı üçün ondan sonraki tarixdə keçirilməsi ilə bağlı dəqiq məlumat ictiməyətə açıqlanacaq. Ümumi müsabiqədə isə iştirak edənlərin sayı hər il 50 mindən çox olur. Bu il də həmin sayda olacağı gözlənilir”.
Qeyd edək ki, mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.
Sənəd qəbulu mayın 30-da başa çatıb.
Röyanə Oğuz, Bizim.Media