Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göyçay rayonu, Potu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatl əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus köməkçi tikilidə baş verdiyi və genişlənərək bitişik evə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ümumi sahəsi 55m² olan ikiotaqlı köməkçi tikilinin 1 otağında 24m² sahədə tavan və əşyalar qismən yanıb. Köməkçi tikilinin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub.
Bizim.Media