Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bu barədə Bizim.Media-ya məlumat verilib.
Bildirilib ki, iyunun 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Balakəndə 24 mm, Zaqatalada 18 mm, Lənkəran, Altıağac, Sarıbaş, Ceyrançöl, Qax, Şəki, Quba, Xaltan, Şabran, Göytəpə, Şahdağda 7 mm–dək olub.
Yağan leysan yağış nəticəsində Balakən rayonu ərazisindən axan Balakənçay, Katexçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib.
Şərq küləyi arabir Gəncə, Bakı və Abşeron yarımadasında 20, Göygöl, Naftalanda 18 m/s-dək güclənib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:17 / 20.06.2023
Rayonlara leysan yağıb, çaylardan sel KEÇİB - Faktiki HAVA
Hazırda oxunan: Rayonlara leysan yağıb, çaylardan sel KEÇİB - Faktiki HAVA
Hazırda oxunan: Rayonlara leysan yağıb, çaylardan sel KEÇİB - Faktiki HAVA
142319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.