Bu gündən təhsilverənlərin sertifikatlaşdırılması prosesinə start verilib.
Bizim.Media xəbər verir hazırda Bakı şəhəri üzrə bir qrup ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat üzrə Yasamal rayonu 161 saylı orta məktəbdə sertifikasiyaya cəlb edilib.
Ümumilikdə imtahan ölkənin 13 müxtəlif şəhərində 23 mərkəzdə təşkil olunub.
İyunun 20-dən 23-dək ölkə üzrə 20 minə yaxın təhsilverən ibtidai sinif, 8 min 500-dən çox təhsilverən isə Azərbaycan dili və ədəbiyyat üzrə test imtahanı mərhələsinə cəlb olunacaq.
Ümumilikdə sertifikatlaşdırma prosesinin ilk mərhələsinə 28 000-dən çox təhsilverən dəvət olunub.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir.
Bu mərhələnin nəticələri üzrə balların hesablanmasə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilir.
Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
Qeyd edək ki, ötən il sertifikatlaşdırmadan keçmiş 3 164 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə ödənilir.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:35 / 20.06.2023
Müəllimlərin sertifikasiya imtahanı BAŞLADI - FOTO
Hazırda oxunan: Müəllimlərin sertifikasiya imtahanı BAŞLADI - FOTO
Hazırda oxunan: Müəllimlərin sertifikasiya imtahanı BAŞLADI - FOTO
142312
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.