Şəmkirdə yaşayan hemodializ xəstələri üçün VACİB XƏBƏR – FOTO  

Hazırda oxunan: Şəmkirdə yaşayan hemodializ xəstələri üçün VACİB XƏBƏR – FOTO  

142303

Şəmkir rayonunda yaşayan hemodializ xəstələri artıq ölkənin digər xəstəxanalarına müraciət etməyəcəklər. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Hemodializ şöbəsi fəaliyyətə başlayıb. 

Bizim.Media-nın yerli bürosu Şəmkir Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir ki, Hemodializ şöbəsində müasir texnoloji standartlara cavab verən hemodializ aparatları, yeni funksional çarpayılar və havalandırma sistemi quraşdırılıb.

Kəskin və xroniki böyrək çatışmazlığı zamanı xəstələrin mərkəzdə müalicəsi və keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün 10 çarpayı ilə fəaliyyətə başlanılıb.

Vətəndaşlara keyfiyyətli tibbi xidmət üçün Hemodializ şöbəsində “Fresenius Medikal Care” cihazları, su təmizləmə sistemi (osmos tipli 2000) və dializ məhlulunu hazırlayan “Gramomix 2018” sistemi quraşdırılıb. 






Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin