Bu obyektlərin sənədləşməsi mümkün OLMAYACAQ - VİDEO 

Hazırda oxunan: Bu obyektlərin sənədləşməsi mümkün OLMAYACAQ - VİDEO 

142282

Sənədsiz obyektlərlə bağlı prosedur sadələşdirildikdə bundan 40 min sahibkar faydalanacaq. 

Bizim.Media xəbər verir ki, ciddi norma pozuntuları ilə inşa edilmiş, yüksək gərginlikli xətlərin, qaz kəmərlərinin, neft boru kəmərlərinin mühafizə zolağında inşa olunan, həmçinin meşə torpaqlarında yerləşən qeyri-yaşayış obyektlərinin sənədləşməsi isə mümkün olmayacaq. 

Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov “Xəzər Xəbər”ə müsahibəsində qeyd edib ki, əgər torpaq mülkiyyətdə deyilsə və ya öz mülkiyyətində olan torpağı aşaraq qonşunun bələdiyyə torpağından istifadə edilibsə, hərracdankənar qaydada sürətli şəkildə həmin sahibkarların icarəsinə veriləcək və ya özəlləşdiriləcək. 

Elşad Məmmədov qeyd edib ki, sahibkarların müraciəti Fövqəladə Hallar Nazirliyinin müvafiq Regional İdarələrinə olacaq. 

Hansısa əlavə quruma müraciət etmək, arayış alıb digər quruma təqdim etməyə ehtiyac qalmayacaq. 

FHN vətəndaşın müraciəti əsasında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edəcək. 

Elşad Məmmədov qeyd edir ki, hazırkı fərmandan 40 min nəfərə yaxın sahibkar faydalanacaq. 

Daha ətraflı süjetdə: 
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin